Hirkan Milli Parkında ötən ay 3 bəbirin fotosu qeydə alınıb

5-03-2018, 16:29
Oxunub: 221
Milli Park ərazisində davamlı olaraq yaşadığını bir daha sübuta yetirir


Hirkan Milli Parkının Şindan meşəbəyliyinin ərazisində fevral ayı ərzində  ardıcıl olaraq 1 yetkin və 2 kiçik bəbirin fotoşəkli qeydə alınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, fotoları bəbirlərin populyasiyasının bərpası ilə bağlı keçirilən layihə çərçivəsində quraşdırılmış foto-tələlər vasitəsilə əldə etmək mümkün olub.

Qeyd edək ki, Ümumdünya Təbiəti Mühafizə İttifaqının (İUCN) “Qırmızı Siyahısı”na və Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilmiş bəbirin keçmiş arealı çox geniş olsa da, keçən əsrin 60-cı illərinədək  ümumiyyətlə bəbirlərin ölkə ərazisində yaşadığını sübuta yetirən ciddi faktlar əldə olunmayıb. Hazırda isə bu növ yalnız Talış dağlarında, Zəngəzur, Qarabağ və Naxçıvanın dağlıq ərazilərində müşahidə olunur.

Hazırda Hirkan Milli Parkının ərazisində qeydə alınan bəbirlərin şəkilləri bu növün Milli Park ərazisində davamlı olaraq yaşadığını bir daha sübuta yetirir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti