Bərdə türbəsində aparılan təmir-bərpa işləri yekunlaşıb

5-03-2018, 15:22
Oxunub: 329
Əhməd Əyyub oğlu tərəfindən inşa olunduğunu göstərir


Orta əsr Azərbaycan memarlığının qiymətli abidələrindən olan Bərdə türbəsində aparılan təmir-bərpa işləri yekunlaşıb.

APA-nın məlumatına görə, türbənin bərpası Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sifarişi əsasında “Azərbərpa” Elmi Tədqiqat Layihə İnstitutunun layihəsi əsasında aparılıb.

Bərpa prosesinə ölkəmizin tanınmış bərpaçıları və İranın Ərdəbil şəhərindən dəvət olunmuş mütəxəssislər cəlb edilib.

Abidənin bərpası və ərazidə abadlıq işləri həyata keçirilib. Türbənin betondan quraşdırılmış qəzalı günbəzi abidəyə heç bir ziyan vermədən sökülüb, layihəyə uyğun olaraq kərpiclə hörülüb, kərpiclərin üzərinə kaşı vurulub. Həmçinin türbənin ətrafında yerləşən Torpaqqalada da bərpa və konservasiya işləri görülüb.

1322-ci ildə inşa edilən türbənin üzərindəki əski əlifba ilə həkk olunmuş yazılar sovet dövründə dağıdılaraq yararsız hala salınmışdı. Eləcə də 1957-1958-ci illərdə aparılan təmir işləri zamanı erməni millətindən olan layihəçi, mühəndis və bərpaçılar tərəfindən türbənin günbəzinə betondan tonlarla çəkisi olan konusşəkilli qüllə inşa edilib. Ağır beton abidənin tarixi görkəmini dəyişməklə yanaşı, türbənin sol tərəfə maillənməsinə səbəb olmuşdu.

Türbə yeraltı və yerüstü hissədən ibarətdir.

Sovet hakimiyyətinin ilk illərində Bərdə türbəsinin üzərindəki əski əlifba ilə həkk olunmuş yazılar dağıdıldığından türbənin kimin şərəfinə ucaldıldığı məlum deyil. Abidənin Elxanilər sülaləsinin üzvlərindən biri üçün tikildiyi ehtimal edilir. Türbənin üzərində “Əməli Əhməd bin Eyyubəl-Hafiz Əlbənnayiən-Naxçıvani” sözləri yazılıb. Bu isə tikilinin naxçıvanlı memar Əhməd Əyyub oğlu tərəfindən inşa olunduğunu göstərir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti