Omandan Azərbaycana birbaşa aviareys açılacaq

5-03-2018, 11:43
Oxunub: 221
Bu barədə şirkətin baş İcraçı direktoru Kəpt Məhəmməd Əhməd məlumat verib


Bu il Omanın “SalamAir” aviaşirkəti Bakıya birbaşa uçuşlar həyata keçirməyə başlayacaq. 

Report xarici mətbuata istinadən xəbər verir ki, bu barədə şirkətin baş İcraçı direktoru (CEO) Kəpt Məhəmməd Əhməd (Capt Mohammad Ahmed) məlumat verib. 

Onun sözlərinə görə, rəhbərlik etdiyi9 şirkəti Azərbaycan paytaxtı ilə yanaşı, Tehran (İran), Tbilisi (Gürcüstan), Dəkkə (Banqladeş) və Katmandu (Nepal) istiqamətlərində də birbaşa aviareyslər yerinə yetirmək niyyətindədir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti