İranda qəzaya uğrayan sərnişin təyyarəsinin "qara qutu"su tapılıb

4-03-2018, 18:59
Oxunub: 168
Təyyarənin "qara qutu"sunu aşkarladığını bildirib


İran Mülki Aviasiya Təşkilatının nümayəndəsi Reza Cəfərzadə fevralın 18-də qəzaya uğrayan “Aseman Airlines” aviaşirkətinə məxsus, Tehran-Yasuc marşrutu üzrə uçan   “ATR-72” tipli sərnişin təyyarəsinin "qara qutu"sunun tapıldığını təsdiqləyib.

APA-nın İRNA agentliyinə istinadən verdiyi məlumata görə, R. Cəfərzadə martın 3-də axtarış briqadasının İranın cənub-qərbində, təyyarənin qəzaya uğradığı Dena dağında qəzaya uğrayan təyyarənin "qara qutu"sunu aşkarladığını bildirib. 

Qeyd edək ki, İranın “Aseman Airlines” aviaşirkətinə məxsus, Tehran-Yasuc marşrutu üzrə uçan   “ATR-72” tipli sərnişin təyyarəsi fevralın 18-də İsfahan əyalətində qəzaya uğrayıb. Qəza nəticəsində 66 nəfər ölüb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti