Ermənilər Azərbaycanda yanğın törədirlər

11-05-2013, 10:25
Oxunub: 749


Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttinin Ağdam rayonu istiqamətində, silahlı qüvvələr arasındakı neytral ərazidə güclü yanğınlar müşahidə olunmağa başlayıb.


Etatist.com-un APA-ya istinadən verdiyi məlumata görə, cəbhənin Ağdam istiqamətində ermənilər nəzarət altında saxladıqları Baş Qərvənd kəndinin  ərazilərində yanğınlar törədiblər. Yeli sakinlərin verdiyi xəbərə görə, alovun müşahidə olunduğu istiqamətdə bir-birinin ardınca partlayış səsləri eşidilib. Ehtimala görə, partlayışlar vaxtilə hər iki tərəfin basdırdığı minaların istinin təsirindən partlaması ilə meydana gəlir.


Törədilmiş yanğının miqyası gecə saatlarına doğru genişlənməkdədir.

Xatırladaq ki, hər il yaz-yay aylarında ermənilər işğal olunmuş Azərbaycan torpaqlarında iri yanğınlar törədir. Bu isə ərazinin təbii resurslarının, fauna və florasının məhvinə səbəb olur.
Şərhlər : 1 Şərh yaz
Ali 12 noyabr 2013 02:25  
herbi baximdan bu dogrudur....ister gece istersede gündüz baxiş bucagi temizlenmelidir.... bir çox taktiki proqramlara diqqet etmekde fayda var...herbin her inceliyin bilmek lazimdi...
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti