Karl Popper: Elm fəlsəfəsi

3-03-2018, 14:00
Oxunub: 1176
Popper fəlsəfəsinin əsas istiqaməti demarkasiya problemini həll etmək və elmi nəzəriyyələri metafizik və mifoloji iddialardan ayıran meyar təklif etməkdir


Karl Popper 1918-ci ildə  Vyana Universitetinə daxil olub, orada riyaziyyat və nəzəri fizika üzrə oxuyub. Bu zaman o, müstəqil şəkildə fəlsəfə ilə maraqlanmağı da davam etdirib. Adlerin metodikalarını müşahidə edərək Popper psixoanalizin effektivliyinə və bu cür nəzəriyyələrin elmilik iddialarına şübhə ilə yanaşmağa başlayıb.

Popper K. Marksın, Z. Freydin və A. Adlerin doktrinalarının, məsələn, A. Eynşteynin nisbilik nəzəriyyəsi kimi qəbul edilmiş elmi nəzəriyyələrdən nə ilə fərqləndiyi ilə maraqlanmağa başlayıb. Sonrakı işlərində bu məsələ təhrif olunmuşluq (falsifikasiya edilmişlik) prinsipinin və yaxud Popper meyarının əsasını təşkil edəcək.

1935-ci ildə Popper özünün  elmi fəlsəfəyə dair ilk  böyük araşdırmasını (Tədqiqatın məntiqi) kitabını nəşr etdirdi. Popper daha sonra kitabını ingilis dilinə tərcümə edərək bu dəfə “Elmi kəşflərin mənbəyi” adı ilə çap etdi.

Karl Popper (1902-1994) 20-ci əsrin ən nüfuzlu filosoflarından biri idi. Ümumi elmi metodologiya və nəzəriyyə seçimi, elmin qeyri-elmdən ayrılması, ehtimalın təbiəti və kvant mexanikası, ictimai elmlərin metodologiyası ilə bağlı müzakirələrə əhəmiyyətli töhfələr vermişdir. Onun işi fəlsəfə fəlsəfəsi daxilində, elmin özü daxilində və daha geniş ictimai kontekstdə geniş təsiri ilə fərqlənir.

Popper fəlsəfəsinin əsas istiqaməti demarkasiya (Mübahisəli məsələlərin həllində hədlərin müəyyən olunması) problemini həll etmək və elmi nəzəriyyələri metafizik və mifoloji iddialardan ayıran meyar təklif etməkdir. Popperin falsifikasiya (yanlışlanan fəlsəfə) problemi gələcək proqnozların verilməsi üçün aparılan elmi müşahidələrin həqiqətə uyğun olmaması (yanlışlana bilməsi) ilə xarakterizə olunur. Bu nəzəriyyələr özünü doğrultmayanda elm adamları iddialarını gerir götürür və yeni hipotezlər irəli sürürlər. Hər iki halda da əsas fəaliyyət proqnozlaşdırmağa istiqamətlənməlidir. Popper hesab edir ki, ən uğurlu fəlsəfi sistemi tapmaq üçün bütün fəlsəfi fikirlər ciddi sınaqlardan keçirilməli, bir sözlə, yanlışlanmalı və aralarından ən əlverişli olan seçilməlidir. O düşünür ki, elmi təcrübələr nəzəriyyələrin sınaqdan keçirilməsi və bu sınağın göstəricilərinə əsasən xarakterizə olunmalıdır. Özünü doğrultmayan, sınaqdan uğurla keçməyən nəzəriyyə elmi təsnifata aid oluna bilməz. Ancaq Popper öz falsifikasiya təklifini induksiya problemlərinin həlli üçün uğurlu təklif hesab edirdi, çünki induktiv düşüncə nəzəriyyə seçimində heç bir  rol oynamır.

Ümumi falsifikasiya məsələləri ilə məşğul olmasına baxmayaraq Popper həm də kvant mexanikası və ehtimal nəzəriyyəsinin, sosial elmlərin metodologiyasına da diqqət göstərib. Popper ehtimal nəzəriyyəsini müfadiə edir və hesab edir ki, şüurdan kənar eksperimental hadisələrə yanaşmada ehtimal nəzəriyyəsinə istinad etmək qəbul olunandır. Popper kvant mexanizminin realist şərh edilməsini təmin etmək üçün bu nəzəriyyədən istifadə edir. (Onun bu nəzəriyyəni tətbiqi xüsusi qaydadan kənara çıxsa da) Popper bəşər tarixinin bütün universal qanunlarını formalaşdırmaqdansa, individual metodologiyanı və situasiya məntiqinə üstünlük verir.
Tərcümə: Nicat Həşimzadə
Müəllif: Brendan Shea
Mənbə: www.iep.utm.edu
Etatist.com
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti