Gürcüstanda müəllimələrimiz qalxdı

12-12-2012, 09:36
Oxunub: 1370


 Dekabrın 11-də azərbaycanlıların kompakt yaşadığı Qardabani şəhərində icra hakimiyyətinin qarşısında 80 müəllim etiraz aksiyası keçirib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, onlar Qardabani və ətraf kəndlərə sərnişin daşıyan avtobuslardan müəllimlərin istifadə edilməsinin ləğv olunmasına etiraz ediblər. Etiraz iştirakçılarının bildirdiyinə görə, icra hakimiyyətində onlara bildirilib ki, dekabrın 12-dən 2013-cü ilin əvvəlinədək müəllimlərin istifadə etdiyi avtobuslar pullu olacaq. Müəllimlərin dediyinə görə, iki həftə üçün avtobuslara 640 lari məbləğində yanacaq lazımdır. "Bu məbləğ büdcəyə görə, çox az məbləğdir. Ona görə də bu məbləğ çətinlik yarada bilməz.”



Gürcüstan reinteqrasiya məsələləri üzrə dövlət nazirinin Kvemo-Kartli üzrə müşaviri Savalan Mirzəyev APA-ya açıqlamasında müəllimlərin bir qrupunun Qardabani rayon bələdiyyə sədri Giorgi Xurtsilava və Qardabanidən seçilən parlamentin majoritar deputatı Giorgi Peikrişvili tərəfindən qəbul edildiyini və onların ərizəsinə müsbət cavab verildiyini bildirib: "Mən etiraz aksiya iştirakçılarının tələbləri ilə tanış oldum. Rayon bələdiyyəsindən mənə xəbər verdilər ki, dekabrın 12-dən Qardabanidə və ətraf kəndlərdə yaşayan və çalışan gürcü və azərbaycanlı müəllimlər avtobuslardan pulsuz istifadə edəcəklər”.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti