Naftalan Şəhər Mərkəzi Xəstəxanasının tikintisinə 6,166 milyon manat ayrılıb

1-03-2018, 18:50
Oxunub: 213
6,166 milyon manatı Səhiyyə Nazirliyinə ayrılıb


Prezident İlham Əliyev martın 1-də "Naftalan Şəhər Mərkəzi Xəstəxanasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam imzalayıb. 

Report-un məlumatına görə, sərəncamla Naftalan Şəhər Mərkəzi Xəstəxanasının tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.15-ci yarımbəndində göstərilmiş məbləğin 6,166 milyon manatı Səhiyyə Nazirliyinə ayrılıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti