"Gürcüstan, Azərbaycan və Türkiyə Avropa ilə Asiyanı birləşdirən mərkəzdir"

1-03-2018, 18:25
Oxunub: 146
"Əməkdaşlığın daha da gücləndirilməsinə dəstək verməliyik”


“Gürcüstan-Azərbaycan-Türkiyə əməkdaşlığı unikaldır, çünki bu əməkdaşlıq yalnız regional deyil, daha qlobal əhəmiyyətə malikdir”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Gürcüstan parlamentinin Xarici əlaqələr üzrə komitəsinin sədri Sofio Katsarava Ankarada Azərbaycan və Türkiyənin parlament nümayəndələri ilə üçtərəfli görüşündə deyib. O bildirib ki, hər üç ölkə Avropa və Asiyanı birləşdirən mərkəzdir: “Asiya və Avropa arasında ticari-iqtisadi münasibətlər bu dəhliz üzərindən keçir. Biz infrastruktur və enerji layihələrinin effektiv həyata keçirilməsi üçün birgə çalışırıq. Biz həmçinin bu imkanların artırılması üçün müvaqif siyasi addımlar da atırıq”.

Üç ölkənin parlamentlərinin xarici əlaqələr üzrə komitələrinin Ankara görüşünün yekununda imzalanmış üçtərəfli sənədi şərh edən S.Katsarava qeyd edib ki, bu əməkdaşlıq formatı yeni perspektivlər vəd edir: “Yeni format bizə sıx əməkdaşlıq və yeni perspektivləri müzakirə etməyə imkan verəcək. Biz ölkələr arasında əməkdaşlığın daha da gücləndirilməsinə dəstək verməliyik”.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti