Bakıda Xəzəryanı Humanitar Yardım Mərkəzi açılacaq

1-03-2018, 11:12
Oxunub: 177
“Bu bizim ümidlərimizi doğrultdu"


Bakıda Xəzəryanı Humanitar Yardım Mərkəzinin açılması planlaşdırırlır.

Report xəbər verir ki, bunu Rusiya Fövqəladə Hallar Nazirliyi yanında “Emerkom” Rusiyanın Beynəlxalq Humanitar Əməliyyatlarda İştirakının Təminatı və Əlaqələndirmə Agentliyinin direktoru Yuri Brajnikov bildirib.

Onun sözlərinə görə, ilk dəfə Serbiyanın Niş şəhərində Rusiya-Serbiya Humanitar Mərkəzi yaradılıb: “Bu bizim ümidlərimizi doğrultdu. İkinci mərkəzi Yerevanda açmışıq. Növbəti mərkəz isə Bakıda yaradılacaq”.

Y.Brajnikov deyib ki, Qazaxıstan, Qırğız Respublikası, Tacikistan, Nikaraqua və Kubada da belə humanitar yardım mərkəzlərinin açılması mümkündür. 

Qeyd edək ki, martın 1-i Beynəlxalq Mülki Müdafiə Günüdür. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti