Sandra Rulofs Milli Fikir Mərkəzinin Fəxri Dostu elan olundu

27-02-2018, 16:35
Oxunub: 625
Şəhriyar Məcidzadə xanım Sandra Rulofsu Milli Fikir Mərkəzinin Fəxri Dostu elan edib


Bu gün Milli Fikir Mərkəzi tərəfindən tərcümə olunmuş Sandra Rulofsun "Bir idealistin hekayəsi" kitabının təqdimatı baş tutub.

2004-2013-cü illərdə Gürcüstanın birinci xanımı olmuş Sandra Rulofsun kitabı Milli Fikir Mərkəzinin tərcümə şöbəsi tərəfindən tərcümə edilib. Sandra Rulofs MFM-in sədri Şəhriyar Məcidzadənin dəvəti ilə Bakıya gəlib və kitab təqdimatında iştirak edib.

Tədbirdə Milli Fikir Mərkəzinin sədri Şəhriyar Məcidzadə, Sandra Rulofs və onun Gürcüstandan gəlmiş qonaqları çıxış edib.

Tədbirin sonunda Şəhriyar Məcidzadə xanım Sandra Rulofsa hədiyyələr verib və onu Milli Fikir Mərkəzinin Fəxri Dostu elan edib.
                                  

Sandra Rulofs Milli Fikir Mərkəzinin Fəxri Dostu elan olundu                             

 Etatist.com

Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti