Sandra Rulofs Heydər Əliyevin məzarını ziyarət etdi - FOTOLAR

27-02-2018, 12:39
Oxunub: 731
Sandra Rulofs Heydər Əliyevin məzarını ziyarət edib


Gürcüstanın sabiq birinci xanımı, SOCO xeyriyyə fondunun rəhbəri Sandra Elizabet Rulofs Fəxri xiyabanda mərhum prezident Heydər Əliyevin məzarını ziyarət edib.

2004-2013-cü illərdə Gürcüstanın birinci xanımı olmuş Sandra Elizabet Rulofs, Milli Fikir Mərkəzinin sədri Şəhriyar Məcidzadə və Milli Fikir Mərkəzinin üzvləri Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin məzarını ziyarət edib, məzarı önünə gül dəstələri qoyublar.

Qeyd edək ki, xanım Sandra Elizabet Rulofs Şəhriyar Məcidzadənin dəvəti ilə Milli Fikir Mərkəzi tərəfindən tərcümə edilmiş kitabının təqdimatı üçün bu gün Bakıya gəlib və  bu gün saat 14:00-da müəllifi olduğu "Bir idealistin hekayəsi" kitabının təqdimatı baş tutacaq.

Sandra Rulofs Heydər Əliyevin məzarını ziyarət etdi - FOTOLAR

Etatist.com

 

Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti