Dəməşq silahlılar tərəfindən atəşə tutulub, xəsarət alanlar var
26-02-2018, 11:14
Oxunub: 421
Suriyanın paytaxtı Dəməşq atəşə tutulub.Report xəbər verir ki, bu barədə TASS Suriyada Düşmənçilik Edən Tərəflərin Barışdırılması Mərkəzinə istinadən məlumat yayıb.
Qeyd edilir ki, paytaxt silahlılar tərəfindən Şərqi Quta ərazisindən atəşə məruz qalıb. Ötən sutka Dəməşqə Şərqi Qutadakı silahlılar tərəfindən 31 mina atılıb.
Atəş nəticəsində Suriya ordusunun 1 hərbi qulluqçusu, habelə 13 dinc sakin yaralanıb.