Meksikada arıların hücumu nəticəsində 24 nəfər xəsarət alıb

25-02-2018, 10:49
Oxunub: 101
Xəsarət alanlar xəstəxanaya yerləşdirilib


Meksikanın Halisko ştatının Sapopan şəhərində arı sürüsünün hücumu nəticəsində 24 nəfər xəsarət alıb. Onlardan altı nəfəri yanğın xidmətinin əməkdaşlarıdır.

Report "Informador" nəşrinə istinadən xəbər verir ki, bunu şəhərin Mülki Müdafiə və Yanğın Xidmətinin əlaqələndiricisi Serxio Ramires Lopes bildirib.

"Bizə arıların hücumu barədə məlumat daxil olub, hadisə yerinə getdikdə isə artıq xəsarət almış 15 nəfər aşkar etdik", - deyə o əlavə edib.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Hadisə yerində xilsedicilər işləyir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti