Çin bu il 1,6 trln. dollarlıq investisiya layihələrinə başlayır

24-02-2018, 18:01
Oxunub: 130
"Bütün planlaşdırılan layihələr ölkənin gələcək inkişafının möhkəmləndirilməsi üçün düşünülüb"


Çin hökuməti 2018-ci ildə ölkə daxilində 10 trln. yuan və ya 1,6 trln. dollar məbləğində bir neçə iri investisiya layihəsi həyata keçirməyi planlaşdırır.

Report xəbər verir kİ, bu barədə "China Daily" qəzeti məlumat yayıb.

Məlumatda bildirilir ki, əsas layihələrin informasiya texnologiyaları, nəqliyyat və energetika infrastrukturunun inşası, həmçinin yüksək texnologiya avadanlıqlarının istehsalı sahələrində icrası nəzərdə tutulub.

"Bütün planlaşdırılan layihələr ölkənin gələcək inkişafının möhkəmləndirilməsi üçün düşünülüb. Onlar, sənayenin yeni sahələrinin inkişafı, ənənəvi sahələrin modernizasiyası və Çin mallarının keyfiyyətinin artırılaraq rəqabətə davamlı olmasına istiqamətlənib", - deyə qəzet yazıb.

Çin hökumətinin planına əsasən, 2022-ci ilə qədər sənayenin inkişaf etmiş sahələri ÜDM-in 30%-ni təmin etməlidir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti