Hökumət - Siyasət və güc

24-02-2018, 15:18
Oxunub: 370
""Hökumət”, dövlət fəaliyyəti olmasa belə, öz hökmünü və gücünü yaya bilən vasitələrin artan şüurluluğunu ifadə edir"


İdarəetmənin öyrənilməsində gücə, müasir dövlətin mərkəzləşmiş səlahiyyətindən ayrılması və ya onu aşması kimi yanaşılır.

“Hökumət” terminini spesifik olaraq təbiətdəki dəyişiklikləri, 1980-90-cı illərdən bəri isə ictimai sektorda islahatlar həyata keçirən dövlət forması kimi təsvir etmək olar. Ümumiyyətlə, bu islahatlar bazarlara, yarı-bazarlara və şəbəkələrə, xüsusilə ictimai xidmətə iyerarxik bürokratiya tərəfindən daha böyük imkanların verilməsidir. İslahatların təsirləri isə, beynəlxalq iqtisadi fəaliyyətin çoxalması, Avropa Birliyi kimi regional institutların artması və qlobal dəyişikliklərlə daha da artır. Beləliklə, “Hökumət” – “Dövlət, öz məqsədlərini və prinsiplərini həyata keçirmək, idarə formasını yaratmaq üçün digər təşkilatlardan asılıdır” kimi geniş yayılmış bir inancı ifadə edir. Müqayisədə  “hökumət” həm də dövlətin başqalarından asılı olanda və ya o, idarəetmədə kiçik, hətta heç bir rol oynayamayanda onun (idarəetmənin) hər hansı formasının meydana çıxması (buna müdaxilə də deyə bilərik) kimi də təsvir edilə bilər. Məsələn, “Beynəlxalq idarəetmə” termini beynəlxalq səviyyədə aşkarlanan idaarəetmə formasına əsaslanır hansı ki, “Birləşmiş Millətlər” öz ərazisində idarəetməni həyata keçirəcək dövlət forması kimi çox zəifdir.

Həmçinin, “korporativ idarəetmə” termini, idarəetmənin biznes - yəni, sistemlər, institutlar və korporativlərin idarə olunduğu və yönləndirildiyi normalar vasitəsilə həyata keçirilməsinə əsaslanan anlayışı ifadə edir. Beləliklə “hökumət”, dövlət fəaliyyəti olmasa belə, öz hökmünü və gücünü yaya bilən vasitələrin artan şüurluluğunu ifadə edir.

Ümumiyyətlə, “İdarə” anlayışı 1980-90-ci illərdə ictimai sektor tərəfindən həyata keçirilən islahatlardan əvvəl mövcud olmuş iyerarxik quruluşlar da daxil olmaqla idarəetmənin bütün formalarına aid edilə bilər.

“Hökumət” anlayışı belə ümumi mənada işləndiyinə görə nəzəriyyəçilər ictimai quruluş və nizamın və ya onların spesifik məzmununa baxmayaraq, ictimai icraetməsinin abstrakt analizlərini araşdırmağa başladılar. Onlar belə abstrakt analizləri konkret suallardan ayıra bilirdilər. əsələn, dövlət, beynəlxalq sistem və ya birlik.

Lakin bu ümumi termin, 1980-ci illərdən bəri dövlətdə edilən dəyişiklikləri adlandırmaq üçün “yeni hökumət” kimi daha spesifik terminlərin yaranmasına ehtiyac yaratdı.

Qeyri-dövlət (universal) aktorların ictimai xidmətdə artan rolu, dövlətin digər aktorlara da nəzarətinin artması ilə nəticələndi. Beləliklə, dövlətin müxtəlif şəbəkələri idarə etmək üçün strategiyalar yaratmaqda olan marağı daha da artdı. O, digər təşkilatları idarə etmək, həmçinin onları nəzarətdə saxlamaq üçün bütün təşkilati idarə formalarını yaratdı. Əlavə olaraq, siyasətdə iştirak etməyən aktorların artan rolu, onların demokratik məsuliyyəti və dövlətin icbari idarəetmə mexanizmlərinin genişlənməsinə ehtiyac yarandığını göstərir. Artan transmilli və beynəlxalq məhdudiyyətlərin dövlətlər üzərindəki hesabları ictimai ədalət və idarəetmə haqqında yenidən düşünülməsini tələb edir. Dünya bankından, BM-ə kimi bütün siyasi institutlar “daha yaxşı dünya” arzularını  həyata keçirmək üçün “yaxşı idarə” kimi terminləri məqsədli şəkildə istifadə edirlər.

Tərcümə: Aytac Abbasova
Mənbə: britannica.com
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti