Sabah hava necə olacaq?

10-05-2013, 12:53
Oxunub: 684


Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir.
 
Cənub-şərq küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya  Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın APA-ya verdiyi xəbərə görə, havanın temperaturu gecə 14-16, gündüz 20-25 dərəcə isti təşkil edəcək.
 
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, səhər ayrı-ayrı yerlərdə duman qeydə alınacaq. Şərq küləyi əsəcək, havanın temperaturu gecə 11-16, gündüz 22-27 dərəcə, dağlarda gecə 4-9, gündüz 14-19 dərəcə isti olacaq. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti