Xocalı qurbanları Türkiyədə anıldı

24-02-2018, 14:48
Oxunub: 1501
Türkiyənin Uşak şəhərində Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı tədbir keçirilib


Fevralın 23-də Türkiyənin Uşak şəhərində Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı tədbir keçirilib.

Etatist.com xəbər verir ki, Uşak şəhərində təhsil alan azərbaycanlı tələbələrin təşkil etdiyi tədbirdə digər ölkələrdən olan tələbələr, müəllimlər və mətbuat nümayəndələri də iştirak edib.

Tədbir Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının Uşak şəhər təmsilçiliyinin təşkilatçılığı və İNDEX - Azərbaycan insan kapitalı və inkişaf mərkəzinin maliyə dəstəyi ilə baş tutub.

Tədbiri Uşak Universitetində ictimaiyyətlə əlaqələr üzrə təhsil alan Ramin Seyidov açaraq Türkiyənin Afrindəki şəhidləri başda olmaqla bütün şəhidlərin ailələrinə yaxınlarına səbr diləyib.

Tədbirdə daha sonra tələbə Xalidə Əhmədova Bəxtiyar Vahabzadənin şeirini səsləndirib və Uşak Universitetinin Azərbaycanlı Tələbələri panel çıxışı edib.

Günay Quliyeva isə çıxışı zamanı bildirib ki, ermənilər getdikləri hər yerdə çoxsayılı cinayətlər, qətliamlar törədib.

Uşak Universitetinin tələbəsi Orxan Əkbərli ermənilərin qurduqları təşkilatlar, onların fəaliyyəti, Dağlıq Qarabağ münaqişəsinin başlanması və Xocalı soyqırımız haqqında danışıb.

Daha sonra isə panel moderatoru Həsən Qarayev 1918-ci ildə ermənilər tərəfindən azərbaycanlılara qarşı keçirilmiş soyqırımı haqqında qısa məlumat verib.

Sonda xarici tələbələrin və digər tədbir iştirakçılarının sualları cavablandırılıb.
                              
                                   

Xocalı qurbanları Türkiyədə anıldı

Xocalı qurbanları Türkiyədə anıldı

Xocalı qurbanları Türkiyədə anıldı

Xocalı qurbanları Türkiyədə anıldı

Xocalı qurbanları Türkiyədə anıldı

Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti