ABŞ-da aktiv neft quyularının sayı cüzi artım göstərib

24-02-2018, 12:03
Oxunub: 101
Aktiv qaz quyularının sayı 2 ədəd və yaxud 1,13% artaraq 179 ədədə çatıb


ABŞ-da aktiv neft quyularının sayı 17-23 fevral həftəsi ərzində 1 ədəd və yaxud 0,12% artaraq 799-a çatıb.

Report xəbər verir ki, bu barədə ABŞ-ın "Baker Hughes" şirkəti məlumat yayıb.

Məlumata görə, hesabat dövründə ölkədə aktiv qaz quyularının sayı 2 ədəd və yaxud 1,13% artaraq 179 ədədə çatıb. Son nəticədə fəaliyyətdə olan neft-qaz quyularının ümumi sayı 3 ədəd və ya 0,3% artaraq 978 ədəd təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə isə ABŞ-da aktiv neft quyularının sayı 197 ədəd və yaxud 32,72%, aktiv qaz quyularının sayı 28 ədəd və yaxud 18,54%, ümumilikdə isə fəaliyyətdə olan neft-qaz quyularının sayı 224 ədəd və yaxud 29,7% artıb.

Xatırladaq ki, 2017-ci il mayın 25-də ABŞ-da aktiv neft quyularının sayı 316 ədəd olub, bu da son 8 ilin minimal həddidir. Hazırda aktiv neft quyularının sayı minimumdan 2,53 dəfə çoxdur. Bu göstərici rekord həddə 2014-cü ilin oktyabrında çatıb və 1 609 ədəd təşkil edib. Hazırda quyuların sayı rekord həddən 50,3% aşağıdır.

Ötən həftələrlə müqayisədə ABŞ-da aktiv neft quyularının sayı ilə yanaşı hasilatda da sabitlik müşahidə edilib. Belə ki, hesabat dövründə ABŞ-ın neft hasilatı 1 000 barel/gün və ya 0,01% azalaraq 10,270 mln. barel/gün təşkil edib.

Report-un analitik qrupu hesab edir ki, yaxın 3-6 ay ərzində dünya bazarında neftin qiyməti 55-73 dollar/barel diapazonunda dəyişəcək.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti