Yaponiya ABŞ-ın KXDR-ə qarşı sanksiyalarını dəstəkləyib

24-02-2018, 11:47
Oxunub: 97
"KXDR nüvə silahının və ballistik raketin hazırlanması işini dayandırmayıb"


Yaponiya ABŞ-ın KXDR-ə qarşı yeni sanksiyalarını dəstəkləyib.

Report xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin baş nazirinin müşaviri Kentaro Sonouro bildirib.

"Son vaxtlar müxtəlif fəallıqlar, məsələn Olimpiya oyunlarının keçirilməsi fonunda Cənubla (Cənubi Koreya-red) Şimal (KXDR-red) arasında dialoqun başlanmasının qeydə alınmasına baxmayaraq, KXDR nüvə silahının və ballistik raketin hazırlanması işini dayandırmayıb. Biz ona qarşı təzyiqi artırmalıyıq", - deyə Sonoura bildirib.

O, vurğulayıb ki, Yaponiya ABŞ-ın mövqeyini qətiyyətlə dəstəkləyir və sanksiyaların genişlənməsinə kömək etməyə hazırdır.

Daha əvvəl ABŞ KXDR-in daha 27 şirkətini, 28 gəmisini və 1 nəfəri sanksiyalar siyahısına salıb. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti