Bolqarıstanın energetika naziri istefa verib

24-02-2018, 10:58
Oxunub: 189
Səbəb "CEZ”in səhmlərinin xanım nazirin yaxın tanışı olan “İnerkom Bolqarıstan” şirkəti tərəfindən alınmasıdır


Bolqarıstanın energetika naziri Temenujka Petkova istefa verib. 

Report-un Şərqi Avropa bürosu xəbər verir ki, buna səbəb ölkənin iri enerjipaylayıcı şirkəti olan “CEZ”in səhmlərinin xanım nazirin yaxın tanışı olan “İnerkom Bolqarıstan” şirkəti tərəfindən alınması olub.

"Mən bu insanları 20 ildir ki, tanıyıram. Aramızda olan münasibətlərin şərhə və ya hər hansı bir şübhənin yaranmasına səbəb olacaq əsaslara yol verməmək məqsədilə, baş nazirlə danışıb istefa verməyi qərara almışam", - deyə xanım nazir bildirib. O, əlavə edib ki, alıcının seçim proseduru Çexiya Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilib və bu da sövdələşmədə Bolqarıstan tərəfinin müdaxiləsinə şübhə yaratmır.

Hazırda Belçikada səfərdə olan baş nazir Boyko Borisov məsələyə münasibət bildirərək deyib ki, ölkədə hökumətin nüfuzuna xələl gətirə biləcək istənilən təsirin qarşısını almaq məqsədilə energetika nazirinin istefasını qəbul edəcək.

Xatırladaq ki, Çexiya Respublikasının "ÇEZ" şirkəti aktivlərinin "İnterkom Bolqarıstan" tərəfindən alınması ilə bağlı təqribən 320 milyona avro dəyərində sövdələşmə imzalayıblar. Bolqarıstanın qərbində 2 milyon abonentə xidmət göstərən "CEZ" ölkədə ən böyük enerjipaylayıcı şirkətdir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti