Riçard Qeyts özünü ABŞ-a qarşı sövdələşmədə günahkar sayıb

24-02-2018, 10:45
Oxunub: 78
Manafort 30 milyon dollar məbləğində “çirkli pulların” yuyulması və vergidən yayınmaqda təqsirli bilinir


ABŞ prezidenti Donald Trampın 2016-cı il prezident seçkiləri kampaniyasındakı müşaviri Riçard Qeyts özünü Federal Təhqiqatlar Bürosuna (FTB) yalan ifadə verməkdə və ABŞ-a qarşı sövdələşmədə günahkar sayıb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, Qeyts Donald Trampın seçkiqabağı qərargahının sədri Pol Manafortun partnyorudur. "Rusiya işi" üzrə ev dustaqlığında saxlanılan Manafort həmçinin 30 milyon dollar məbləğində “çirkli pulların” yuyulması və vergidən yayınmaqda təqsirli bilinir.

Bundan əvvəl xüsusi prokuror Robert Müllerin istintaq qrupu məhkəməyə Riçard Qeytsin Ukrayna ilə bağlı görüşlərdə iştirak etdiyi və bu barədə məlumatı gizlətdiyinə dair sənədlər təqdim edib.

Qeyd edək ki, Federal Təhqiqatlar Bürosunun  sabiq direktoru Robert Müller ötən ilin mayında “Rusiya işi” ilə bağlı xüsusi prokuror təyin olunub. Eyni zamanda, ABŞ Konqresinin hər iki palatasının müvafiq komitələri Rusiyanın seçkilərə müdaxiləsi və Trampın komandasının Rusiya ilə əlaqələrinə dair təhqiqat aparır.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti