Tramp Suriyadakı vəziyyətə görə Rusiya və İranı tənqid edib

24-02-2018, 10:39
Oxunub: 83
“Rusiya və İranın son vaxtlar Suriyada törətdikləri rüsvayçılıqdır”


ABŞ prezidenti Donald Tramp Suriyadakı vəziyyətə görə Rusiya və İranı tənqid edib.

APA-nın məlumatına görə, bu barədə CBS News xəbər verib.

“Rusiya və İranın son vaxtlar Suriyada törətdikləri rüsvayçılıqdır”, deyə D.Tramp bildirib.

O həmçinin ABŞ-ın Suriyada yalnız İŞİD-lə mübarizəyə görə qaldığını vurğulayıb: “Yeganə məqsədimiz  terrorçulardan qurtulmaqdır. Bundan sonra Suriyanı tərk edəcəyik”. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti