Nigeriyada "Boko Haram"ın hücumu zamanı 105 məktəbli itkin düşüb

24-02-2018, 10:17
Oxunub: 89
"Siyahıda 105 nəfərin adı var"


"Boko Haram" radikal qruplaşması silahlılarının Nigeriyanın şimal-şərqindəki Yobe ştatının Dapçi kəndinə hücumundan sonra 105 məktəbli itkin düşüb.

Report TASS-a istinadən xəbər verir ki, bu barədə "AFP" məlumat yayıb.

Məktəbli qızların valideynlərinin verdiyi məlumata görə, itmiş qızların siyahısı tərtib edilib. "Siyahıda 105 nəfərin adı var", - deyə ekstremistlərin hücumundan sonra itmiş məktəblilərin valideynlərinin qrup rəhbəri Bəşir Manzo bildirib.

Onun sözlərinə görə, hakimiyyət orqanları əvvəlcə "Boko Haram" döyüşçüləri tərəfindən məktəbli qızların oğurluğu faktını inkar edib. "Bununla əlaqədar olaraq biz (valideynlər -red) onların azad olunması üçün birlikdə hərəkət etməyə qərar verdik", - deyə Manzo bildirib.

Nigeriya hakimiyyəti itmiş qızların sayı haqqında rəsmi məlumatı hələ elan etməyib. Məktəb fevralın 19-da hücuma məruz qalıb. İtmiş məktəblilərin yeri indiyədək naməlumdur.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti