“Azərbaycan qlobal təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır”

23-02-2018, 19:06
Oxunub: 128
Sabitliyin təmin olunmasında oynadığı mühüm rolunu davam etdirəcək


İordaniya kralı II Abdullah ibn Al Hüseyn Azərbaycan prezidentiİlham Əliyevə məktub göndərib.

APA-nın məlumatına görə, məktubda deyilir:

“Sizə səmimi salamlarımı çatdırır, möhkəm cansağlığı, xoşbəxtlik və müvəffəqiyyət arzulayır, ölkənizin inkişafı və xalqınızın rifahı naminə səylərinizi yüksək qiymətləndirməkdən məmnunluq hissi duyuram. İordaniya Haşimilər Krallığı ilə Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünü qeyd etmək, ölkələrimiz arasında müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığı genişləndirmək səylərimizə əsaslanan tarixi dostluq münasibətlərimizdən dərin iftixar hissi keçirmək mənə böyük məmnunluq bəxş edir.

Qardaş Azərbaycana səfərlərim zamanı Zati-alinizin ölkənizin tərəqqisi və rifahı üçün davamlı töhfəsini əks etdirən, iqtisadiyyat, siyasət, mədəniyyət və elm sahələrində qazanılan böyük nailiyyətlərin şahidi olmuşam. İnanırıq ki, Sizin müdrik rəhbərliyinizlə Azərbaycan regional və qlobal təhlükəsizliyin, sabitliyin təmin olunmasında oynadığı mühüm rolunu davam etdirəcək.

Mən, həmçinin bu xoş fürsətdən istifadə edərək ikitərəfli əməkdaşlığımızı möhkəmləndirmək, strateji tərəfdaşlığımıza söykənərək bu münasibətləri xalqlarımızın ümumi maraqlarına və İslam ümmətinin ortaq dəyələrinə xidmət etmək üçün daha yeni səviyyələrə qaldırmaq, eləcə də ümumi məqsədimiz olan sülhə, təhlükəsizliyə və sabitliyə nail olmaq istiqamətində səylərimizi dəstəklədiyimizi bir daha bəyan edirəm. Zati-aliləri, Sizə müvəffəqiyyət və cansağlığı, fəaliyyətinizə Uca Allahdan xeyir-dualar diləyir, əziz Azərbaycan xalqına isə tərəqqi və rifah arzulayıram”.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti