Erməni hərbçi odlu silahdan açılan atəş nəticəsində yaralanıb

23-02-2018, 18:55
Oxunub: 160
A.Ovannisyan hadisənin səbəbi barəsində açıqlama verməyib


Ermənistan ordusunun müddətli hərbçisi odlu silahdan açılan atəş nəticəsində yaralanıb.

Report Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkə Müdafiə Nazirliyi mətbuat  katibi Artsrun Ovannisyan bildirib.

Onun sözlərinə görə, hadisə Ermənistanın Tavuş rayonundakı hərbi hissələrdən birində baş verib. 

Mətbuat katibi deyib ki, yaralı hərbçi Yerevandakı tibbi müəssisələrdən birində müalicə olunur.

A.Ovannisyan hadisənin səbəbi barəsində açıqlama verməyib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti