CAR Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindədir

23-02-2018, 16:58
Oxunub: 159
Fevralın 27-də səfir P.Malefane ADA Universitetində mühazirə ilə çıxış edəcək


Cənubi Afrika Respublikasının (CAR) ofisi Ankarada olan Azərbaycan və Türkiyədəki səfiri Pule Malefanenin başçılıq etdiyi Cənubi Afrikanın nümayəndə heyəti fevralın 26-dan martın 2-dək Azərbaycanda səfərdə olacaq.

Report Cənubi Afrikanın Ankaradakı səfirliyinə istinadən xəbər verir ki, nümayəndə heyətinin tərkibinə həmçinin Cənubi Afrikanın Türkiyədəki səfirliyinin diplomatları, Beynəlxalq Əlaqələr və Əməkdaşlıq Departamentinin nümayəndələri, eləcə də Cənubi Afrikadan olan biznes nümayəndə heyəti daxil olacaq.

Səfər zamanı Azərbaycan rəsmiləri, Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov ilə görüşlərin keçirilməsi, Azərbaycan və Cənubi Afrika arasında ticarət əlaqələrinin çərçivəsini təşviq və təmin etmək məqsədilə Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatası ilə anlaşma memorandumunun imzalanması planlaşdırırlır.

Həmçinin səfər zamanı fevralın 28-də Bakıda İnvestisiyaların Təşviqi Fondu ilə əməkdaşlıq çərçivəsində ticarət və investisiyalar üzrə seminar keçiriləcək, eləcə də Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə anlaşma memorandumu imzalanacaq.

Fevralın 27-də səfir P.Malefane ADA Universitetində mühazirə ilə çıxış edəcək.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti