Prezidentin fərdi və fəxri adlara görə təqaüdlərinin artırılmasına əlavə vəsait ayrılacaq

23-02-2018, 16:36
Oxunub: 101
Müvafiq kateqoriyalardan olan şəxslər üçün fərdi və fəxri adlara görə təqaüdləri növbəti dəfə artırılıb


Azərbaycan prezidenti İlham Əliyevin 22 fevral 2018-ci il tarixli fərman və sərəncamların icrası ilə əlaqədar Prezidentin fərdi və fəxri adlara görə təqaüdlərinin artırılmasına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə ödənilən həmin təqaüdlər üzrə dövlət büdcəsindən ilin sonunadək əlavə olaraq 1,8 mln. manata yaxın vəsait ayrılacaq.

Bu barədə APA-Economics Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məlumat verib. Şöbə müdiri qeyd edib ki, Azərbaycan prezidentinin 22 fevral 2018-ci il tarixli fərman və sərəncamları ilə Azərbaycan prezidentinin müvafiq kateqoriyalardan olan şəxslər üçün fərdi və fəxri adlara görə təqaüdləri növbəti dəfə artırılıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti