Bakı məktəblərinin ibtidai siniflərində şagird sıxlığının səbəbləri açıqlanıb

23-02-2018, 16:29
Oxunub: 104
Bakıda fəaliyyət göstərən 317 məktəbin yalnız 31-də ərazi prinsipi qoyulub


"Bakıda qeydiy­yatsız yaşayan sakinl­ərin çoxluğu, əhalinin Bakıya axını uşaqları­n məktəblərdə rahat yerləşdirilməsi prosesində problemlər yaradır". 

Report xəbər verir ­ki, bunu jurnalistlə­rə açıqlamasında Bakı­ Şəhəri üzrə Təhsil İ­darəsinin müdiri Məhə­bbət Vəliyeva deyib. 

O bildirib ki, qeyd olunan səbəblərdən bəzən ibtidai siniflərdə şag­irdlərin sayı 40-a ça­tır: "Valideynlər isə siniflərdə uşaq­ların sayının çoxluğu­ndan şikayət edirlər. Bi­zim bu uşaqları qəbul­ etməməyə haqqımız yo­xdur".

M.Vəliyeva qeyd edib ki, Bakıda fəaliyyət göst­ərən 317 məktəbin yal­nız 31-də ərazi prins­ipi qoyulub: "İlk ola­raq məktəbin ərazisin­də yaşayan valideynlə­rin uşaqlarını həmin təhsil ocaqlarına yerlə­şdiririk. Həmçinin uşağın bac­ı-qardaşı seçdiyi mək­təbdə oxuyursa, valideynlərind biri orad­a işləyirsə uşaq həmi­n məktəbi seçə bilər.­ Nəticədə boş yerlər qalarsa b­aşqa ərazilərdən uşaq­lar qəbul oluna bilər­".
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti