"Hollandiya parlamentinin qərarı İslam düşmənçiliyini əks etdirir"

23-02-2018, 15:34
Oxunub: 117
Nazir bildirib ki, bu qərar İslam düşmənçiliyini əks etdirir


"Hollandiya parlamentinin 1915-ci il hadisələri ilə bağlı qərarı məcburi deyil"

Report "Ahaber"ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Hollandiya parlamentinin 1915-ci il qondarma "erməni soyqırımı"nı tanıması ilə bağlı qərarına münasibət bildirərkən deyib.

Nazir bildirib ki, bu qərar İslam düşmənçiliyini əks etdirir.

Qeyd edək ki, fevralın 22-də Niderland parlamentinin Aşağı Palatası 1915-ci il hadisələrini qondarma "erməni soyqırımı" kimi tanıyan təklifi qəbul edib. Qərar ölkədə türk diasporunun maraqlarını təmsil edən "Denk" Partiyasından başqa, bütün siyasi qüvvələr tərəfindən qəbul olunub.

Niderland Krallığının Ankaradakı səfirliyinin müvəqqəti işlər vəkili məsələ ilə bağlı fevralın 23-də Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti