Vergilər naziri Şirvanda vətəndaşları qəbul edəcək

23-02-2018, 15:21
Oxunub: 125
Fevralın 27-də, saat 11:00-da vergilər naziri Mikayıl Cabbarov Şirvan şəhərində 5 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında sakinlərini qəbul edəcək


 Fevralın 27-də, saat 11:00-da vergilər naziri Mikayıl Cabbarov Şirvan şəhərində 5 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında (Ünvan: G.Şıxbala oğlu küç., 14) Şirvan, Hacıqabul, Salyan, Neftçala, Sabirabad və Saatlı rayon sakinlərini qəbul edəcək.

Report Vergilər Nazirliyinə istinadən xəbər verir ki, qəbula gəlmək istəyən vətəndaşlar 23-26 fevral Ərazi Vergilər İdarəsinə, Hacıqabul, Salyan, Neftçala, Sabirabad və Saatlı rayonlarında isə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və yaxud nazirliyin office@taxes.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

"Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər", - məlumatda qeyd olunub. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti