Maliyyə Bazarlarına Nəzarət Palatasında görüş keçirilib

23-02-2018, 15:17
Oxunub: 129
İclasın sonunda Palata ilə EBRD-nin əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri mələləri müzakirə olunub


Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) rəhbərliyi Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) maliyyə institutları üzrə icraçı Direktoru Nik Tesseymanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə "Report" Nəzarət Palatasına istinadən xəbər verir.

Məlumata görə, görüşdə qurumun baş icraçı direktoru İbrahim Alışov ölkədə makroiqtisadi sabitliyin təmin olunması istiqmətində həyata keçirilən genişmiqyaslı islahatların maliyyə sisteminə müsbət təsirləri, bank sektorunda aparılan restrukturizasiya və sağlamlaşdırma tədbirləri, bank sektorunun cari göstəriciləri və digər yeniliklər barədə görüş iştirakçılarına ətraflı məlumat verib. 6 dekabr 2016-cı il tarixində ölkə prezidentinin Fərmanı ilə təsdiq edilmiş Strateji Yol Xəritələri üzrə nəzərdə tutulmuş tədbirlər çərçivəsində 2017-ci ildə görülmüş və 2018-ci ildə görüləcək işlər barədə danışan İAlışov hazırda prioritet olan qeyri-neft sektorunun inkişafı üzrə atılan addımların ölkədə işgüzar fəallığın və əhalinin maddi-rifahının daha da yüksəlməsinə əhəmiyyətli dərəcədə təsir edəcəyini bildirib.

EBRD-nin Rusiya və Orta Asiya regionunda maliyyə institutu üzrə direktoru Corc Orlov Azərbaycanın bank sektorunda müşahidə edilən müsbət tendensiyaları yüksək qiymətləndirərək təmsil etdiyi qurumun ölkə iqtisadiyyatına verəcək töhfənin hər iki tərəf üçün faydalı olacağını deyib.

İclasın sonunda Palata ilə EBRD-nin əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri və tərəfləri maraqlandıran digər istiqamətlər üzrə məsələlərə dair fikir mübadiləsi aparılıb. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti