ABŞ səfiri: "Xocalı soyqırımı XX əsrin ən dəhşətli hadisələrindən biridir"

23-02-2018, 14:39
Oxunub: 80
Səfir xatırladıb ki, ABŞ Azərbaycanda xüsusilə məcburi köçkünlərə yardım etməklə bağlı yardım proqramları həyata keçirir


"Xocalı soyqırımı unudulmamalıdır ki, gələcəkdə belə hadisələr təkrar olunmasın".

Report-un verdiyi xəbərə görə, bu barədə jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

"Xocalı və digər faciəli hadisələri xatırlayaraq, onlardan nəticə çıxarmaq olduqca vacibdir, lakin gələcək barədə düşünmək də lazımdır", - R Sekuta deyib. 

ABŞ səfiri bildirib ki, Xocalı soyqırımı - XX əsrin ən dəhşətli hadisələrindən biridir.

Diplomatın sözlərinə görə, keçmişdən nəticə çıxarmaq vacibdir və onu unutmamaq lazımdır ki, belə hadisələr təkrarlanmasın.

Səfir xatırladıb ki, ABŞ Azərbaycanda xüsusilə məcburi köçkünlərə yardım etməklə bağlı yardım proqramları həyata keçirir.

"Biz ATƏT-in Minsk qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə nizamlanması istiqamətində işləyirik", - R.Sekuyta deyib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti