IMF: ABŞ-dakı şist neft hasilatı qlobal tələbi təmin edə bilməyəcək

23-02-2018, 14:36
Oxunub: 160
Əgər geosiyasi risklər də diqqətə alınarsa, neftin qiymətinin yenidən 100 dollar/bareli ötməsi çətin olmayacaq


ABŞ-ın şist neft sənayesi qlobal neft tələbindəki artımı təmin etmək və bazarı sabitləşdirmək üçün kifayət qədər güclü deyil. 

Report Beynəlxalq Valyuta Fondunun (IMF) proqnozlarına istinadən xəbər verir ki, qlobal iqtisadi artımın 4% təşkil etməsi durumunda, dünya iqtisadiyyatında illik 2 mln. barel/gün əlavə neftə ehtiyac yaranacaq. 

"Bu da təxminən 4-5 mln. barel/gün məcmu istehsal deməkdir. Lakin hazırda fəaliyyətdə olan yataqlarda hasilatın getdikcə azaldığını nəzərə alsaq, ABŞ-da şist neft hasilatının 1 mln. barel/gün artması qlobal neft tələbini təmin edə bilməyəcək", - sənəddə qeyd olunub.

Beləliklə, qlobal iqtisadi böhran ssenarisi istisna edilməklə, 2020-ci ildən sonra dünya iqtisadiyyatı neft kəsiri ilə üzləşəcək. Əgər geosiyasi risklər də diqqətə alınarsa, neftin qiymətinin yenidən 100 dollar/bareli ötməsi çətin olmayacaq. 

Qeyd edək ki, ötən həftə Birləşmiş Ərəb Əmirliklərinin neft naziri Süheyl əl-Mazrui neft ölkələrini tükənmiş yataqlarda hasilat güclərini bərpa etməyə çağırıb. Buna səbəb kimi nazir tələbin anidən artması və ya neft çatdırılmasında yarana biləcək problemləri əsas gətirib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti