Demokratik məktəblər

23-02-2018, 14:00
Oxunub: 324
"Demokratiyada güclə öyrənmək beyin yumağa bərabərdir və yalnız könüllülüyə və seçkiyə əsaslanan öyrənmə təhsil adlanır"


Bir məktəb düşünün ki, uşaqlar və gənclər demokratik vətəndaşlığın bütün haqq və məsuliyyətlərini idrak etsin, fikir, təşkilatlanma və fəaliyyətlərini seçmək azadlığını sadəcə oxuyaraq yox, həqiqi mənada həyata keçirərək əldə etsinlər. Onlara şəxsən təsir edən qaydaları tələbələr qoysun və qayda pozuntusu baş verərsə, hakim vəzifəsində olsunlar.

Tələbələri demokratik vətəndaşlığa hazırlamaq üçün daha yaxşı bir təhsil forması ola bilərmi? Bir çox insan belə bir məktəbin sağlam iş görəcəyindən şübhəlidir. Belə bir gücə sahib uşaq və gənclərin bir qurum kimi həm məktəbləri, həm də fərdlər olaraq özləri üçün məntiqli qərarlar verəcəyindən əmin deyillər. Halbuki belə bir çox məktəb var və bütün məqbul ölçülərə uyğun olaraq uğurlarını sübut ediblər. Bəziləri uzun illərdir, mövcuddur və tələbələrə dörd yaşından gənclik illərinə qədər xidmət edirlər. Bu məktəblər həyatın müxtəlif sahələrində uğur qazanmış yüzlərlə məzun yetişdirib.

Bu məkanda adlandırdığımız demokratik məktəb tələbələrin öz həyatları, təhsilləri və məktəbləri üçün məsuliyyət götürəcəyinə güvənilən bir yerdir. Bu məktəbdə peşə və birlikdə işləmək istədikləri adamı tələbələr seçirlər. Təklif olunan dərsləri seçməkdə də azaddırlar. Bu cür məktəblər müxtəlif yaşlarda tələbə qəbul edir (ümumiyyətlə, dörd yaşından böyük) və tələbələri yaşa görə ayırmır, beləliklə, şagirdlər özlərindən böyük və kiçik olan digərlər uşaqlar ilə olan qarşılıqlı təsirdən də nəsə öyrənirlər.

"Demokratiyaya uyğun bir təhsil sistemi qurmaq üçün radikal dəyişiklik lazımdır. Bu, hakimiyyətdən, sonsuz və könüllü olmayan informasiya hücumundan uzaqlaşmağı tələb edir. Bunu başa düşmək lazımdır ki, demokratiyada güclə öyrənmək beyin yumağa bərabərdir və yalnız könüllülüyə və seçkiyə əsaslanan öyrənmə təhsil adlanır" - Ronald Meyqan.

"Təhsil deyə bəhs edilən şey əslində, təhsil yox ritualdır. Həqiqətən, tərbiyə edildiyimizin şüurunda olsaq, öyrənərik" - David P. Qardner.

Demokratik məktəbdə kadrlar idarə etmək üçün yox, kömək etmək üçün mövcuddur. Onlar məktəbin yetkin üzvləridir. Məktəbə təcrübə və bilgilərini, məktəb və tələbələr üçün vədlərini bildirirlər. Bəzi demokratik məktəblərdə kadr hər bir tələbə və şəxsi heyətin bir səs hüququnun olduğu prosedurla işə götürülür və ya işdən çıxarılır, beləliklə, tələbələrin ehtiyaclarına cavab verməyənlər qəbul edilmir. Kadr sözün əsl mənasında öyrədir, lakin adətən özünə "müəllim" demir, çünki bilir ki, tələbələr oyun oynayarkən, kəşf edərkən, işləyib sosiallaşaraq yeniyetmələrdən daha çox bir-birlərindən öyrənirlər. Demokratik məktəblər demokratik şəkildə idarə edir, məktəbdə adətən həftədə bir dəfə hər tələbə və müəllimin seçki iclası keçirilir. Hər yaşdan məktəb üzvlərindən ibarət münsiflər heyətinin yer aldığı iclasda məktəbin bütün davranış qaydaları müəyyən olunur və bunları həvəsləndirmə yolları ilə həyata keçirmək məsələsi barədə danışılır. Bir sözlə, demokratik məktəb tələbələrin müxtəlif yaşlı yoldaşları ilə öyrənmə üstünlüyünə malik olduqları, özlərinin idarə etdiyi, öyrənməyə təşkil edilmiş demokratik şəkildə idarə olunan bir məktəbdir.

Demokratik Məktəblərin Nailiyyəti

Demokratik məktəblər tələbələri testlə imtahan etmir. Çünki onlar hər insanın təhsilinin misilsiz və şəxsi olduğunu qəbul edir və bunu motivasiya və iradələrinə müdaxilə olaraq görür. Müraciət zamanı tələbələri SAT və ACT kimi sınaqlarla seçən kollec və ya universitetlərə girmək istəyən və buraxılışdan sonra təhsillərini davam etdirməyi planlaşdıran tələbələrin bunda heç çətinlik çəkmədikləri müşahidə edilir. Demokratik məktəblərin uğurunun ən böyük sübutu məzunların aldığı mükafatlar və buraxılışdan sonra davam etdirdikləri sistemli tədqiqatlarıdır. Amerikadakı ən böyük (və ən qədimlərindən biri) demokratik məktəblərdən olan Sadberi Vadisi məktəbinin məzunlarının aparılmış və tamamlanmış üç tədqiqatı var. Boston Kollec tədqiqatçıları tərəfindən aparılan tədqiqat 1986-cı ildə "American Journal of Education"-da (Amerika Təhsil jurnalı) dərc olunub. Digər iki tədqiqat yaxın zamanda məktəbin özü tərəfindən aparılıb və "Sudbury Valley School" Nəşriyyatı tərəfindən çap olunub: "İnancın irsi: "Sudbury Valley" təcrübəsindən sonrakı həyat" və "Səadətin arxasınca: "Sudbury Valley" məzunlarının həyatları".

Ümumiyyətlə, görülən işlər məktəbin məzunlarının ali təhsillərində və karyeralarında böyük uğur qazandıqlarını göstərir. Bu məzunlar həyatın müxtəlif sahələrinə dağılışdılar və "Sudbury Valley"-dən qazandıqları şəxsi məsuliyyət və nəzarət hissinin, bitməyən öyrənmə sevgisinin və demokratik dəyərlərin hər zaman faydasını gördüklərini bildirdilər. Sadberi Vadisinin 2008-dəki 40-cı il dönümündə məzunların çıxışlarının yer aldığı 14 qısa videodan ibarət "Məzunların həyatları"na dair bir sıra KİV-də daha çox sübut tapmaq olar. Bu videolarda həyatın müxtəlif sahələrindən bir çox insan məktəbdəki və buraxılışdan sonraki təcrübələrini danışırlar. Digər iki araşdırma məktəbdə tələbələrə verilən demokratik iştirak imkanı ilə onların özlərinə və öyrənməyə qarşı mövqeləri arasındakı əlaqəni təsdiqləyib. Bunlardan biri, keçmiş məktəb müfəttişi Derri Hannam tərəfindən 12 ingilis məktəbində keçirilən "Vehannam raportu" adlanan araşdırmadır, ki məktəb rəhbərliyində tələbə iştirakının hörmət, məsuliyyətgötürmə və öyrənmə motivasiyasına müsbət təsiri olduğunu bildirir. İsraildə aparılan digər iş isə, ənənəvi məktəblərdə müntəzəm olaraq görülən elmə bağlı geriləmənin demokratik məktəblərdə görülmədiyini göstərir.

Mənbə: filmsforaction.org
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti