Milli Məclisin plenar iclası başlayıb

23-02-2018, 12:04
Oxunub: 327
İclasda yeni hazırlanan "Standartlaşdırma haqqında" və "Texniki tənzimləmə haqqında" qanun layihələrinə də baxılacaq


Milli Məclisin növbəti plenar iclası başlayıb.

Report-un xəbərinə görə, Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 19 məsələ daxildir.

Bunlar "Patent haqqında", "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında", "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında", "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında", "Dövlət rüsumu haqqında", "Baytarlıq haqqında", "Fitosanitar nəzarəti haqqında", "Yeyinti məhsulları haqqında", "Sanitariya-epidemioloji salamatlıq haqqında", "Yol hərəkəti haqqında", "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" və.s qanunlara, o cümlədən Miqrasiya və İnzibati Xətalar məcəllərinə dəyişiklik layihələridir.

Bundan başqa, iclasda yeni hazırlanan "Standartlaşdırma haqqında" və "Texniki tənzimləmə haqqında" qanun layihələrinə də baxılacaq.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti