Naxçıvanda Süni Mayalanma Mərkəzinin yaradılmasına 3 milyon manat ayrılıb

22-02-2018, 18:48
Oxunub: 216
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ayrılıb


Prezident İlham ƏliyevNaxçıvan Muxtar Respublikasında heyvandarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, Süni Mayalanma Mərkəzinin yaradılması işlərinin həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.2-ci yarımbəndində göstərilmiş məbləğin 3,0 (üç) milyon manatı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ayrılıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti