İlham Əliyev Bruney-Darüssalamın Sultanını təbrik edib

22-02-2018, 18:19
Oxunub: 141
"Dost xalqınıza daim sülh və rifah diləyirəm"


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bruney-Darüssalamın Sultanı Əlahəzrət Hacı Həssənal Bolkiaha təbrik məktubu ünvanlayıb. 

Report-un məlumatına görə, təbrik mətnində deyilir: 

"Əlahəzrət,

Bruney-Darüssalamın milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Bruney arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost xalqınıza daim sülh və rifah diləyirəm".
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti