Vəkillər Kollegiyası yeni bina ilə təmin olunacaq

22-02-2018, 18:00
Oxunub: 291
Vəkillər Kollegiyası Rəyasət Heyəti Bakıda bina ilə təmin olunacaq


Gəncə, Lənkəran, Sumqayıt, Şəki və Şirvan şəhərlərində Vəkillər Kollegiyasının vəkil qurumlarının fəaliyyətinin təmin edilməsi məqsədilə binalar ayrılacaq. Nazirlər Kabineti iki ay ərzində Vəkillər Kollegiyası Rəyasət Heyətinin Bakıda bina ilə təmin olunmasını təmin edəcək.

APA-nın məlumatına görə, bu haqda məlumat Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamda əksini tapıb.

Sərəncama əsasən, Nazirlər Kabineti iki ay müddətində regionlarda apellyasiya məhkəmələrinin, ağır cinayətlər məhkəmələrinin və inzibati-iqtisadi məhkəmələrin yerləşdikləri Gəncə, Lənkəran, Sumqayıt, Şəki və Şirvan şəhərlərində Vəkillər Kollegiyasının vəkil qurumlarının fəaliyyətinin təmin edilməsi məqsədilə onların müvafiq binalarla (yerlərlə) təmin olunması üçün də tədbirlər görməlidir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti