Rezidenturaya sənəd qəbulu başa çatır

22-02-2018, 17:04
Oxunub: 107
Namizədlərin ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır


2018/2019-cu tədris ili üçün rezidenturaya sənəd qəbulu günün sonunadək davam edəcək.

Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbul imtahanında iştirak etmək üçün namizədlərin ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır.

İmtahanda iştirak etmək üçün namizəd  Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği  “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə payment.dim.gov.az internet səhifəsində tanış ola bilərsiniz.

Namizəd “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə 22 fevral saat 23:59-dək Mərkəzin internet saytının müvafiq səhifəsinə (https://www.e-gov.az/az/services/read/3148/0?tqdk_xdm=3) daxil olub “Namizədin elektron ərizəsi” formasını doldurmalı və təsdiq etməlidir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti