"2019-cu ildə Azərbaycanda ÜDM 2% artacaq"

22-02-2018, 14:30
Oxunub: 69
"2017-ci ildə Azərbaycanda iqtisadiyyatı 0,1% böyüyüb"


“2018-ci ildə Azərbaycanda iqtisadi artım 1,5%, 2019-cu ildə isə 2% təşkil edəcək”.

Bu barədə APA-Economics “Moody’s” beynəlxalq reytinq agentliyinin yaydığı məlumata istinadən xəbər verir.

Bildirilir ki, ilkin qiymətləndirmələrə görə, 2017-ci ildə Azərbaycanda iqtisadiyyatı 0,1% böyüyüb. İnflyasiyaya gəlincə, 2018-ci ildə bu göstərici 6%, 2019-cu ildə 5% təşkil edəcək. Düşünürük ki, manatın məzənnəsinin sabitliyinə inam artdığından inflyasiya da 5-6% ətrafında sabitləşəcək,” – deyə məlumatda qeyd olunub.

Agentliyin mütəxəssisləri onu da bildirir ki, bu il tədiyyə balansında profisit ÜDM-in 2,3%-nə, 2019-cu ildə isə 3,8%-nə bərabər olacaq.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti