Vergilər naziri Efiopiyanın səfiri ilə görüşüb

22-02-2018, 14:52
Oxunub: 78
Görüşdə iki ölkə arasında ticarət dövriyyəsinin artırılması yolları ətrafında fikir mübadiləsi aparılıb


Vergilər naziri Mikayıl Cabbarov Efiopiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ayalev Qobezie Vorknehlə görüşüb.

Nazirliyin Media və Kommunikasiya Mərkəzindən APA-Economics-ə verilən məlumata görə, görüşdə iki ölkə arasında iqtisadi əlaqələrin gücləndirilməsi və genişləndirilməsi perspektivləri, eləcə də ticarət dövriyyəsinin artırılması yolları ətrafında fikir mübadiləsi aparılıb.

Söhbət zamanı Vergilər Nazirliyi ilə Efiopiyanın vergi orqanı arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələləri və bu xüsusda yüksək səviyyəli qarşılıqlı səfərlərin vacibliyi qeyd olunub.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti