ABŞ-ın Monteneqrodakı səfirliyinə qumbara atılıb

22-02-2018, 11:20
Oxunub: 143
Səfirliyin saytında ABŞ vətəndaşlarına xəbərdarlıq ünvanlanıb


ABŞ-ın Monteneqrodakı səfirliyinin binası yaxınlığında partlayış baş verib.

APA-nın “Reuters”-ə istinadən verdiyi xəbərə, hadisə ilə əlaqədar səfirliyin binasına bütün girişlər bağlanıb. Partlayış nəticəsində dəymiş ziyan barədə məlumat yoxdur.

İlkin məlumata görə, partlayışı törədən şəxs əvvəlcə paytaxt Podqoritsada yerləşən səfirliyin ərazisinə bir neçə əl qumbarası atıb, sonra isə özünü partladıb.

Səfirliyin saytında ABŞ vətəndaşlarına xəbərdarlıq ünvanlanıb.

Onlara səfirliyin binasına yaxınlaşmamaq, çoxlu insan olan yerlərdən uzaq durmaq, yerli hakimiyyət orqanlarının göstərişlərinə riayət etmək və vəziyyəti media vasitəsilə izləmək tövsiyə olunub.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti