Malidə fransalı əsgərlər minaya düşüb

22-02-2018, 10:24
Oxunub: 50
Həlak olan Fransa hərbçilərinin sayı 21-ə çatıb


Malidə sülhməramlı kontingentin heyətində olan iki fransalı əsgər minaya düşərək həlak olub, daha 1-i yaralanıb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Fransa prezidentinin administrasiyasından bildiriblər.

Beləliklə, Mali ərazisində keçirilən antiterror əməliyyatı çərçivəsində həlak olan Fransa hərbçilərinin sayı 21-ə çatıb.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının qərarı ilə Malidə BMT-nin 12 minlik sülhməramlı missiyası (MINUSMA) fəaliyyət göstərir. Həmçinin ölkədə Fransa ordusunun 4 minlik kontingenti yerləşdirilib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti