Şərqi Quta üzrə sülh danışıqları pozulub

22-02-2018, 10:16
Oxunub: 80
“Şərqi Qutada kritik humanitar və sosial-iqtisadi vəziyyət yaranıb"


Suriyanın paytaxtı Dəməşq yaxınlığında yerləşən Şərqi Quta ətrafında münaqişənin sülh yolu ilə həll edilməsi üzrə danışıqlar prosesi pozulub.

APA-nın xəbərinə görə, bu barədə Rusiya müdafiə nazirliyinin yaydığı bəyanatda bildirilir.

“Şərqi Qutada kritik humanitar və sosial-iqtisadi vəziyyət yaranıb. Tərəflərin Barışdırılması üzrə Rusiya Mərkəzinin qeyri-qanuni hərbi birliklərə müqavimətin dayandırılması və silahları yerə qoymaq çağırışı nəticəsiz qalıb. Beləliklə, Şərqi Quta ətrafında münaqişənin sülh yolu ilə həll edilməsi üzrə danışıqlar prosesi pozulub”, məlumatda deyilir. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti