“Azərişıq” yeni layihə həyata keçirir

21-02-2018, 19:48
Oxunub: 88
"Şəbəkələr yenidən qurulur”


"Yeni yaşayış massivləri salınarkən kommunikasiya sistemlərini hazır vəziyyətdə insanlara təhvil verilməməsində Azərişıq “ASC” məsuliyyət daşımır". 

Bunu Report-a qurumun Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

Onun sözlərinə görə, təmsil etdiyi qurum “yeni məhəllələr” adlanan yaşayış massivlərinin elektrik enerjisi təchizatını fərdi qaydada yenidən qurur: “Azərişıq” ASC uzun müddətdir ki, Respublikanın regionlarındakı yeni salınan yaşayış massivlərinin elektrik enerjisi ilə təchiz edilməsi üçün əsaslı təmir-tikinti və yenidənqurma işləri aparır, yeni güc mərkəzləri yaradılır, 0,4 kVt-luq paylayıçı şəbəkələr yenidən qurulur”.

“Azərişıq” sözçüsü həmçinin qeyd edib ki, Şirvan şəhərində də eyni vəziyyət hökm sürür: “Yaşayış massivlərinin elektrik enerjisi təchizatının yenidən qurulması Şirvan şəhərində həyata keçirilir. Qeyd edək ki, Şirvan şəhərin şimal-şərq hissəsində Bələdiyyə fondundan fərdi yaşayış evlərinin tikintisi üçün vətəndaşlara torpaq sahələri satılsa da, yeni yaşayış massivinin enerji təchizatı şəbəkəsi qurulmayıb. Bunun müqabilində isə bu işlərin vətəndaşların vəsaiti hesabına görüləcəyi şərti ilə Bələdiyyə və vətəndaşlar arasında torpaqların alqı-satqı müqaviləsi bağlanıb. Ərazidə son on il ərzində 2 mindən artıq fərdi yaşayış evləri tikilib. Bəzi evlər texniki şərt alaraq pərakəndə şəkildə qeyri-standart elektrik verilişi xətləri çəksələr də, ”Elektrik Enerjisindən İstifadə Qaydalarına” riayət olunmayıb. Bu isə bir sıra çatışmazlıqlara, təhlükə mənbəyinə, o cümlədən qəzalara və bununla da ciddi itkilərə səbəb olub. Eyni zamanda sözügedən ərazidəki xeyli sayda ev bu günə kimi işıqsız qalırdı”.

T.Mustafayev deyib ki, “Azərişıq” Şirvanda 100-ə qədər fərdi yaşayış evinin elektrik enerjisi təchizatını yaxşılaşdırıb: “Azərişıq” ASC-nin yeni yaşayış massivlərinin elektrik enerjisi təchizatının yenidən qurulması layihəsi əsasında 2017-ci ilin sonundan başlayaraq Şirvan şəhərində genişmiqyaslı işlərə başlanılıb. Artıq şəhərin Ç.Mustafayev küçəsində 44, Ə.Kürçaylı küçəsində isə 40 fərdi yaşayış evinin 0,4 kVt-luq elektrik şəbəkəsi tamamilə yenidən qurulub. Eyni zamanda yeni yaşayış massivlərində güc mərkəzləri yaradılaraq əraziyə hava elektrik verilişi xətləri çəkilib. Yeni istehlakçıların texniki şərt əsasında şəbəkəyə qoşulması "ASAN xidmət" Mərkəzləri ilə birgə həyata keçirilib. Ötən müddət ərazində 18 vətəndaş Sabirabad "ASAN xidmət Mərkəzi”ə müraciət edərək texniki şərt alıb və dərhal onların fərdi yaşayış evlərinə sayğac quraşdırılaraq enerji təchizatı təmin edilib. Eyni zamanda vətəndaşların elektrik şəbəkəsinə qoşulmasının kütləviliyi nəzərə alınaraq müraciətlərin daha çevik həlli üçün Səyyar “ASAN xidmət" vaqonu əraziyə ezam olunub. Artıq neçə gündür ki, yeni yaşayış massivinin sakinləri Səyyar “ASAN xidmət"ə şəxsiyyət vəsiqəsini təqdim etməklə elektrik təchizatı şəbəkəsinə qoşula bilirlər. Yaxın müddətdə digər abunəçilərin də Səyyar ASAN xidmət" vasitəsi ilə “Azərişıq” ASC-nin elektrik şəbəkəsinə qoşulması təmin ediləcək”.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti