Bakıda ekoloji vəziyyəti yoxlamaq məqsədilə növbəti reyd keçirilib

21-02-2018, 19:25
Oxunub: 87
20 ədəd yeni ağacın əkilməsi təmin olunub


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Bakı şəhərində ekoloji qanunvericiliyin tələblərinə riayət olunması vəziyyətini yoxlamaq məqsədilə bu gün növbəti reyd keçirilib.

Bu barədə Report-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib

Keçirilən reyd zamanı Nizami rayonu, Q.Qarayev prospekti 59 ünvanında gecə saatlarında yaşköküstə 5 ədəd müxtəlif cinsli ağacın kəsildiyi müəyyən edilib.

Faktla bağlı akt tərtib edilərək təqsirkarın müəyyən edilməsi üçün toplanmış materiallar tədbir görülməsi məqsədilə Nizami rayon polis idarəsinə göndərilib. Eyni zamanda sözügedən ərazidə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının nəzarəti altında Bakı şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyi tərəfindən 20 ədəd yeni ağacın əkilməsi təmin olunub.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti