Masallıda qanunsuz yolla əldə edilmiş meşə materialı aşkarlanıb

21-02-2018, 19:01
Oxunub: 79
Masallı rayon Polis Şöbəsinə gətirilib


Qanunsuz yolla əldə edilmiş meşə materialının daşınması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) daxil olan məlumat əsasında Masallı Meşə Mühafizəsi və Bərpası Müəssisəsi, 1 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi və Masallı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birgə reyd keçirilib. 

ETSN-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, reyd zamanı Masallı rayonu ərazisində Lerik rayon Çayrud kənd sakini Camal Kərimova məxsus “KAMAZ” markalı 43-BC-403 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində qanunsuz yolla əldə edilmiş meşə materialı aşkar edilib.

Meşə materialını gizlətmək məqsədilə üzəri çınqılla örtülüb. Saxlanılan yük maşını Masallı rayon Polis Şöbəsinə gətirilib.

Meşə materialının Lerik rayonundan gətirilməsi ehtimal olunur və hazırda tədqiqat aparılır.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti