MSK-da Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüş olub

21-02-2018, 17:55
Oxunub: 94
M. Pənahov prezident seçkilərinin azad, ədalətli və şəffaf keçirilməsi istiqamətində görülmüş işləri diqqətə çatdırıb


Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov fevralın 21-də Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskasla görüşüb.

MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, M. Pənahov bildirib ki, MSK-nın xarici əlaqələri çərçivəsində müxtəlif beynəlxalq təşkilatlarla yanaşı, əvvəlki illərdə keçirilmiş seçkilərdə Avropa İttifaqı ilə də yaxından əməkdaşlıq edilib və bu münasibətlər çərçivəsində müxtəlif layihələr gerçəkləşdirilib.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri K. Yankauskas ölkənin seçki sistemi, eləcə də 2018-ci il aprelin 11-də keçiriləcək prezident seçkilərinə hazırlıqlarla maraqlanıb. M. Pənahov prezident seçkilərinin azad, ədalətli və şəffaf keçirilməsi istiqamətində görülmüş işlər, eləcə də nəzərdə tutulan genişmiqyaslı layihələri diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər və müxtəlif sahələrdə qurumlar arasındakı əməkdaşlığın mümkün perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti