AMEA-da doktoranturaya qəbul imtahanı keçirilib

21-02-2018, 16:42
Oxunub: 152
İmtahan AMEA üzrə mərkəzləşdirilmiş qaydada test texnologiyaları əsasında keçirilib


AMEA Mərkəzi Elmi Kitabxanada 2017-2018-ci il üzrə AMEA-nın elmi müəssisə və təşkilatları üçün fəlsəfə doktoru üzrə doktoranturaya qəbul imtahanı keçirilib. 

Bu barədə Etatist.com-a AMEA-nın Mətbuat xidmətindən məlumat verilib.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin rəhbəri, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov və imtahanların qəbulu məqsədilə yaradılmış komissiya imtahanın gedişatı ilə tanış olub. Komissiyanın sədri AMEA-nın müxbir üzvü Bəxtiyar Əliyev, üzvləri – fəlsəfə üzrə elmlər doktorları - Əbülhəsən Abbasov, Fərman İsmayılovdur.

Öncə akademik Akif Əlizadə elmi tədqiqatçılarla tanış olaraq onlara imtahanda uğurlar arzulayıb. Alim bu gənclərin gələcəkdə AMEA-nın yüksəkixtisaslı, peşəkar kadrlarına çevriləcəyinə əminliyini ifadə edib. Hər birinə elmi mühitdən yararlanmağı tövsiyə edib, onlara hər zaman dəstək göstərməyə hazır olduğunu bildirib.

AMEA-nın müxbir üzvü Bəxtiyar Əliyev imtahanda iştirak edən tədqiqatçılara elmi fəaliyyətlərinə dair tövsiyələrini verib. Bildirib ki, gənclərin hər biri araşdırma apardığı sahəyə müvafiq olaraq AMEA-nın müvafiq institut və təşkilatlarında öz fəaliyyətlərini davam etdirə bilərlər.

Qeyd edək ki, doktoranturaya qəbul imtahanları AMEA üzrə mərkəzləşdirilmiş qaydada test texnologiyaları əsasında keçirilib. Cari ildə fəlsəfə doktoru üzrə doktoranturaya 115 yer ayrılıb. 19-21 fevral tarixlərini əhatə edən imtahanlarda, ümumilikdə, 187 nəfər iştirak edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti